Tərs qəfəs
Tərs qəfəs-mücərrəd üçölçülü bir fəzada qurulmuş nöqtəvi qəfəsdir. Bunun hansı fəzada necə qurulduğunu və ümumiyyətlə nəyə yaradığını yaxşı anlamaq üçün tərs qəfəs anlayışının bərk cisimlər fizikasındakı roluna nəzər salaq.
Kristallik bərk cisimlərin bütün fiziki xassələri, əsas etibarı ilə iki faktor əsasında formalaşır. Bunlardan biri bərk cismi təşkil edən atomların quruluşu, ikincisi isə bərk cisimlərin öz kristal quruluşudur. Bir bərk cismin kristal quruluşa sahib olması nəzəri problemlərin həllində xüsusi əhəmiyyət kəsb edir. Beləki bərk cismin fiziki xassəsini ifadə edən və koordinatın funksiyası olan hər bir fiziki kəmiyyət koordinatın üçölçülü periodik funksiyası olur. Bu o deməkdir ki, bir nəzəri məsələnin həlli üçün yazılacaq tənliklərin bərk cismi təşkil edən bütün atomlar üçün deyil, periodun müəyyən elədiyi oblastda yer alan atomlar üçün yazılması kifayətdir. Period isə kristal qəfəsin köçürmə simmetriyasını müəyyən edən
a
→
1
,
a
→
2
,
a
→
3
{\displaystyle {\vec {a}}_{1},{\vec {a}}_{2},{\vec {a}}_{3}}
vektorları ilə verilir. Bu vektorlara qəfəsin bazis vektorları və onların ədədi qiymətləri olan
a
,
b
,
c
{\displaystyle a,b,c}
-lərə qəfəs sabitləri deyilir. Hər bir qəfəs üçün
a
→
i
{\displaystyle {\vec {a}}_{i}}
vektorları üzərində qurulumuş paralepiped həmin qəfəsin elementar özəyi adlanır və onun həcmi
V
0
=
(
a
→
1
[
a
→
2
a
→
3
]
)
{\displaystyle V_{0}={\Bigl (}{\vec {a}}_{1}[{\vec {a}}_{2}{\vec {a}}_{3}]{\Bigr )}}
.